ABŞ Müdafiə Nazirliyi 2024-cü ildə Avstraliya hərbçiləri ilə birlikdə Avstraliyada hipersəs silahları sahəsində sınaqlar keçirməyi planlaşdırır.
Azadmedia.az xəbər verir ki, bu barədə “Defence news”a Pentaqonun rəhbərinin tədqiqat və inkişaf üzrə müavini Haydi Şu bildirib.
Belə ki, “Biz artıq bu istiqamətdə avstraliyalılarla sıx əməkdaşlıq edirik”, - deyə o bildirib.
Həmçinin onun sözlərinə görə, 2023-cü ildə ABŞ və Avstraliya hipersəs silahları sahəsində əməkdaşlığı artırıb və birgə sınaqlar bu istiqamətdə növbəti addım olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.