Nepal Moskvadan öz vətəndaşlarını orduya cəlb etməməsini, cəlb edilənlərinsə, geri göndərilməsini istəyib.
Azadmedia.az “Reuters“ə istinadən xəbər verir ki, Katmandu müvafiq müraciəti Rusiya ordusuna xidmət edən 6 nepallı əsgərin öldürülməsi faktının aşkarlanmasından sonra edib və Rusiyadan dərhal istənilən nepallı əsgərin geri göndərilməsini istəyib.
Belə ki, “Reuters“in məlumatına görə “Qurkalar” adlandırılan nepallı əsgərlər döyüş qabiliyyətləri və cəsarətləri ilə seçilirlər və ölkənin 1947-ci ildə Hindistandan müstəqilliyini qazanmasından sonra sözügedən döyüşçülər üç ölkə arasında razılaşma əsasında Britaniya və Hindistan ordularında da xidmət edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.