Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını (AES) işə salıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsi məlumat yayıb.
Belə ki, yüksək temperaturlu qazla soyudulan reaktora malik “Shidaowan” qurğusu Şərqi Şandun əyalətində yerləşir. Qeyd olunduğu kimi, AES 168 saat fasiləsiz sınaq rejimində işləyib və rəsmi olaraq kommersiya istismarına verilib.
Qeyd edək ki, "Bu, Çinin dördüncü nəsil nüvə enerjisi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqi sahəsində dünyanın aparıcı səviyyəsinə çatdığını göstərir", - deyə idarənin saytında dərc olunan bəyanatda vurğulanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.