İsveçin sosial-demokrat partiyası 2026-cı il seçki kampaniyası çərçivəsində hazırlanan təkliflər paketinə iş vaxtının azaldılması məsələsini daxil edib.
Azadmedia.az xəbər verir ki, bəzi tədqiqatların nəticələrinə görə, iş saatlarının azaldılması əməkdaşların enerjisinin bərpa olunmasını artırır, eyni zamanda, əmək və ailə həyatı arasında balansı yaxşılaşdırır.
Belə ki, İsveçdə 40 saatlıq iş həftəsinin tətbiq olunmasından 40 ilə yaxın vaxt keçib. Sosial-demokrat partiyasının üzvü Annika Strandhall vurğulayıb ki, pandemiyadan sonra baş verən hadisələr əmək şəraitinin dəyişdirilməsinin mümkün olacağını göstərib, amma bu, bütün peşələrə şamil olunmur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.