Çin J-16 döyüş təyyarələrinə uzaqmənzilli PL-17 “hava-hava” raketlərini inteqrasiya edib.
Belə ki, bu addım Çinin inventarındakı J-16 döyüş təyyarələrinin dağıdıcı gücünü artırmaq üçün nəzərdə tutulub.
Məlumata görə, Çinin J-16 döyüş təyyarələri hazırda 4 ədəd PL-10, 1 ədəd PL-12, 4 ədəd PL-15 və 1 ədəd böyük PL-17 raketini daşımaq gücündədir.
Döyüş təyyarələrinə yeni inteqrasiya ediləcəyi açıqlanan PL-17 raketinin mənzili 400 km və sürəti “Mach 4”dən çoxdur.
ABŞ Müdafiə Nazirliyinin Çin ordusu ilə bağlı illik hesabatına görə, Çin Xalq Qurtuluş Ordusu Hərbi Hava Qüvvələri regionun ən böyük aviasiya qüvvəsini, dünyanın isə üçüncü ən böyük aviasiya qüvvəsini təşkil edir.
“Business Insider”in hesabatına görə, Çinin hava qüvvələri və donanması hazırda təxminən 2800 təyyarədən istifadə edir. Çinin 2800 təyyarəsindən təxminən 2250-si döyüş təyyarəsidir. Ordu.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.