Yer kürəsinin öz oxu ətrafında fırlanma hərəkəti yavaşlayır. Azadmedia.az xəbər verir ki, bu barədə Münhen Texniki Universitetinin mütəxəssisləri məlumat yayıblar.
Belə ki, “Bu “tormozlama” səbəbindən yaxın gələcəkdə kosmik standartlara görə sutka 25 saata çatacaq. Bu, təxminən 200 milyon ildən sonra baş verəcək. Proses tədricən, təxminən eyni yavaşlama dərəcəsi ilə davam edir”, - deyə məlumatda deyilir.
Qeyd edək ki, mütəxəssislər iddia edirlər ki, 1,4 milyard il əvvəl Yerin öz oxu ətrafında bir dövrəsi daha sürətlə - 18 saat 41 dəqiqəyə tamamlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.