AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkədə Quranın yandırılması qadağan olundu - KİV

  • + A
  • - A
  • 8-12-2023, 10:26

    Bu ölkədə Quranın yandırılması qadağan olundu -



    Danimarka parlamenti Quranın və digər müqəddəs kitabların ictimai şəkildə təhqir edilməsini qadağan edən Qanuna dəyişiklik edib.

    Azadmedia.az
    xəbər verir ki, qərardan əvvəl İsveçin mövqeyinin bəzi millət vəkilləri tərəfindən nümunə kimi göstərildiyi iclasda üç saatdan çox davam edən müzakirələr aparılıb.

    Belə ki, “İndi hesab 1:0 islamçıların xeyrinədir”, – deyə Danimarka demokratları partiyasının lideri İnger Stoyberq bildirib.

    Həmçinin, o bir sıra digər müxalif siyasətçilərlə birlikdə, Qanunun dəyişdirilməsi ilə Danimarkanın bu ölkənin dəyərlərini bölüşməyən insanlar və ölkələr tərəfindən təhdid altında fəaliyyət göstərdiyini hesab edir.

    Qeyd edək ki, Danimarkanın üçpartiyalı hökuməti avqust ayında "ictimai yerlərdə dini kitablarla uyğunsuz rəftar" adlandırdığı hərəkətlərin qadağan olunması təklifi ilə çıxış edib. Səbəb Danimarkada Quranın yandırılması olub ki, bu da ölkədə təhlükəsizliklə bağlı vəziyyəti daha da pisləşdirib. Müzakirələrdən sonra Qanun 94 lehinə və 77 əleyhinə səslə qəbul edildi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR