Qərbi Balkan ölkələri hazırkı qlobal qeyri-müəyyənlik dövründə regionun təhlükəsizliyi və sabitliyi baxımından öz gələcəyini Avropa İttifaqına qoşulmaqda görür.
Azadmedia.az xəbər verir ki, dekabrın 13-də Brüsseldə Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammiti keçiriləcək. Belə ki, toplantıda Aİ-nin genişlənmə siyasəti və Qərbi Balkan ölkələrinin ittifaqa inteqrasiyası əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, hazırda Aİ-yə üzv olan ölkələrin sayı 27-dir. Balkan regionu ölkələrindən Sloveniya 2004-cü ildə, Xorvatiya isə 2013-cü ildə Aİ üzvü olub. Monteneqro, Bosniya və Herseqovina, Serbiya, Şimali Makedoniya və Albaniya Aİ üzvlüyünə namizəd, Kosovo isə potensial namizəd ölkələr sırasındadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.