İranda türkmənlərin kompakt yaşadığı Türkmənsəhra bölgəsinin etnik tərkibinin dəyişdirilməsi üçün əraziyə bəlucların köçürülməsi prosesi başlayıb.
Belə ki, bu barədə türkmən fəallar məlumat yayıblar.
Onlar Ağ qala şəhəri və ətraf bölgələrində yeni şəhərciklərin salındığını, buraya Sistan və Bəlucistanda yaşayan etnik bəlucların köçürüldüyünü bildiriblər.
Fəallar bununla bağlı sosial mediada kampaniya başladıb, hakimiyyətin türkmənləri ata-baba yurdlarından qovmaq planları barədə paylaşımlar ediblər.
Məlumata görə, SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları kampaniyanın genişlənməməsi üçün sosial media kanallarını bağlayıb. Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.