Avropa Birliyi ölkələri Rusiyaya neft tankerlərinin satışına qoyulan qadağadan imtina ediblər.
Azadmedia.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
Belə ki, “Komissiya əvvəlcə köhnə tankerlərin Rusiya qurumlarına satışını və ya onların Rusiyada istifadəsini, həmçinin neft qiymətlərinə qoyulan məhdudiyyətlərdən yan keçmək üçün tankerlərdən istifadə edə bilən qurumları qadağan etmək istəyirdi, lakin bu şərtdən imtina edildi", - deyə bildirilib.
Qeyd olunur ki, aktiv gəmiçilik şirkətləri olan Aralıq dənizi ölkələri belə bir addımın onları əlverişsiz vəziyyətə sala biləcəyindən narahat olduqlarını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.