Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib.
Fləşmobda işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşmış və Bakı şəhərində yerləşən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrin müxtəlif yaş, cins və peşə kateqoriyalarından olan 1000-dən çox sakini iştirak edib.
Videoçarxda ümummilli lider Heydər Əliyevin soydaşlarımızla görüşlərindən olan görüntülər yer alıb.