AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniya müsəlmanlara qarşı ayrı-seçkiliklə mübarizə apara bilmir - BMT

  • + A
  • - A
  • 12-12-2023, 15:05

    Almaniya müsəlmanlara qarşı ayrı-seçkiliklə mübarizə apara bilmir -



    Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Almaniya müsəlmanlara qarşı ayrı-seçkiliklə mübarizə apara bilməyib.

    Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, BMT-nin İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin (CERD) yekun hesabatı İsveçrənin Cenevrə şəhərində dərc olunub.

    Məlumata görə, Almaniya müsəlmanlara qarşı düşmənliklə mübarizə apara bilməyib. Çünki bu ölkə keçmişdə irqçiliyə qarşı kifayət qədər tədbir görməyib.

    BMT-nin yekun hesabatına görə, Almaniyada müsəlman qadınlar etnik, cinsi və dini mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qalırlar. Məsələn, dövlət sektorunda hicablı geyinmək cəzalandırılmamalıdır.

    Ehtiyat tədbiri olaraq, komitə müsəlmanlara qarşı düşmənlik əleyhinə federal komissar təyin etməyi məsləhət görür.

    BMT-nin komitəsi həmçinin Fələstin tərəfdarı olan dinc nümayişlərə qadağa qoyulmasından da narahatlığını bildirib. Çünki bu nümayişlərin məqsədi fələstinlilərin tarixi sürgününü xatırlamaq və Qəzza xalqına dəstək olmaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR