AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Biz bütün donorlara töhfələrinə görə təşəkkür edirik - BMT

  • + A
  • - A
  • 12-12-2023, 22:04

    Biz bütün donorlara töhfələrinə görə təşəkkür edirik -



    İqlimlə bağlı fövqəladə hallar, müharibələr və çökən iqtisadiyyatların dünya üzrə icmaları tələf etməyə davam etdiyi bir vaxtda BMT dünya üzrə fəlakətli aclıq, kütləvi miqrasiya və xəstəliklərlə üzləşən 181 milyon insana yardım üçün 2024-cü ilə qədər 46,4 milyard ABŞ dolları məbləğində vəsait ayrılması üçün donorlara müraciət edib. Azadmedia.az təşkilatın saytına istinadla xəbər verir ki, Qlobal Humanitar İcmalı təqdim edən BMT-nin Fövqəladə Yardım Koordinatoru Martin Qriffits humanitar yardımların rolunu yüksək qiymətləndirib, lakin beynəlxalq dəstəyin artan ehtiyaclardan çox geridə qaldığını vurğulayıb. O deyib: "Biz bütün donorlara töhfələrinə görə təşəkkür edirik, bu il 20 milyard ABŞ dolları vəsait ayrılıb, amma donorların bu yardımı lazım olanın yalnız üçdəbirini təşkil edir. 2024-cü ildə daha çox yardım ayıra bilməsək, insanlar bunun əvəzini canları ilə ödəyəcəklər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR