189-190 nömrəli tam orta məktəbdə “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi “Həyatına dəyər ver” adlı maarifləndirmə tədbiri keçirib. Tədbirdə məktəbin direktoru, Daxili İşlər Nazirliyinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Dövlət Komissiyasının, Ombudsman aparatının, Sabail rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.
Təşkilat sədri Büllur Məmmədova iştirakçılara tədbirin mahiyyəti və məqsədləri barədə məlumat verəndən sonra “Həyatına dəyər ver” sosial çarxına baxış olub.
Bundan sonar dövlət qurumlarının təmsilçiləri narkomaniya ilə mübarizədə əldə olunan nailiyyətlər, qarşıya çıxan problemlər, bu sahədə gənclərimizin verə biləcəkləri töhfəvəl, narkomaniya ilə mübarizədə milli-mənəvi dəyərlərin rolu barədə ətraflı danışıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.