Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya hərbçilərinin son bir ildə xüsusi əməliyyat zamanı heç bir uğur əldə etmədiyi iddiaları həqiqətə uyğun deyil.
Azadmedia.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Belə ki, Peskov Ukrayna Silahlı Qüvvələrinin (AFU) sürətlə mövqelərini itirdiyinə diqqət çəkib və bunun qaçılmaz bir proses olduğunu da vurğulayıb.
Həmçinin “ABŞ kəşfiyyatı Ukrayna qoşunlarının nə qədər itkilər verdiyini görməli, həmçinin onların irəliləyiş potensialının olmadığını da müşahidə etməlidir”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.