AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Finlandiyanın Rusiya ilə şərq sərhədində doqquz keçid məntəqəsi var... - KİV

  • + A
  • - A
  • 14-12-2023, 02:39

    Finlandiyanın Rusiya ilə şərq sərhədində doqquz keçid məntəqəsi var... -


    Finlandiyanın baş naziri Petteri Orpo dekabrın 14-dən etibarən ölkənin Rusiya ilə şərq sərhədindəki iki keçid məntəqəsini yenidən açacağını söyləyib.

    Azadmedia.az TRT xəbərə istinadla bildirir ki, P.Orpo mətbuat konfransındakı çıxışında deyib: “Yenidən açılacaq iki keçid məntəqəsi ölkənin cənub-şərqində Vaalimaa və Niiraladır.
    Belə ki, Finlandiyanın Rusiya ilə şərq sərhədində doqquz keçid məntəqəsi var ki, onlardan biri yalnız qatarlar üçün açıq idi. Dekabrın 14-dən etibarən açılacaq iki keçid məntəqəsi istisna olmaqla, qalanları yenə bağlı qalacaq”.

    Qeyd edək ki, Finlandiyanın daxili işlər naziri Mari Rantanen də bu qərarın yanvarın 14-dək qüvvəyə qalacağını bildirib və Rusiyanın Finlandiya hökumətinə təzyiq etmək üçün miqrant hərəkətlərindən istifadə etdiyinə dair şübhələrin yenidən ortaya çıxacağı təqdirdə hökumətin təcili tədbirlər görəcəyini təkrarlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR