Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Narkoekspert Emil Maqalov Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə videomüraciət edib.
Azadmedia.az xəbər verir ki, ictimai birliik sədri müraciətində məktəblərdə yayılmaq təhlükəsi olan narkomaniya problemindən narahatçılığını ifadə edib və bunun üçün təxirəsalınmaz tədbirlərin görülməsini vacib sayıb.
Emil Maqalov bildirib ki, məktəblərdə narkomaniya probleminin aradan qaldırılması istiqamətində ən səmərəli fəaliyyət maarifləndirmədir. O, xüsusilə məktəb psixoloqlarının bu prosesdə fəal olmasının zəruriliyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.