Ukraynada hərbi qeydiyyat və xidmət məsələlərində kişi və qadınları bərabərləşdirmək üçün hazırlanmaqda olan qanun layihəsi qadınların arxa cəbhədəki vəzifələrə səfərbər edilməsinə imkan verəcək.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna parlamentinin hakim Xalqın Xidmətçisi Partiyasından olan deputatı Maryana Bezuqlaya deyib.
Belə ki, deputatın sözlərinə görə, qadınların hamiləliyə görə xüsusi möhlət və xidmətdən azad olmaq hüququ olacaq.
Qeyd edək ki, Bezuqlaya bildirib ki, yaxın iki həftə ərzində Ali Radada ukraynalı kişi və qadınların əksər hüquq və vəzifələrini bərabərləşdirən yeni qanun layihəsinə baxılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.