Birləşmiş Ştatların avtomobil nəhəngi “General Motors” (GM) bildirib ki, yanvarın əvvəlində Miçiqandakı iki avtomobil zavodunda 1300 işçini ixtisar edir.
ABŞ-ın ən böyük avtomobil istehsalçısı ”Chevrolet Bolt EV”nin istehsalını başa çatdıran və 2025-ci ilin sonunda elektrik yük maşını istehsalına başlayacaq “Orion Assembly” zavodunda 945 işçinin ixtisar ediləcəyi bildirilir. Bu müəssisədə gələn həftə “Bolt”un son partiyasının istehsalı nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.