Qastronomiya sahəsində nüfuzlu internet portalı olan “TasteAtlas” 2023-cü il üzrə "ən yaxşı 100 mətbəx" reytinqini tərtib edib.
Dünya ölkələrinin siyahısında Azərbaycan 77-ci yerdə göstərilib.
Siyahı hazırlanarkən Azərbaycandan Abşeron zəfəranı, qutab, şah plov, narşərab, buğlama və daha 34 təam əsas götürülüb.
Bədnam qonşumuz – Ermənistan isə bizdən öndə - 69 yerdə qərarlaşıb.
Dünya mətbəxlərinin reytinqində İtaliya 1-ci, Yaponiya 2-ci, Yunanıstan 3-cü sıranı tutur.
Qardaş Türkiyə 15-ci sırada göstərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.