Fəaliyyətimizin şəffaflıq və vətəndaş məmnuniyyəti prinsipi əsasında təşkili ən öndə olan strateji hədəfimizdir.
Azadmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov bildirib.
O qeyd edib ki, tətbiq edilən hər bir layihə və yeniliklərin uğurlu olduğunu göstərən əsas meyar sahibkarların məmnunluq səviyyəsidir.
Baş İdarə rəisi, həmçinin vurğulayıb ki, “könüllü əməletmə” prinsipi gömrük rəsmiləşdirilmə prosesinin daha sürətli və çevik həyata keçirilməsi imkanını yaradır. Bu da öz növbəsində sahibkarları “könüllü əməletmə” prinsipinə təşviq edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.