AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnquşetiya Respublikasının Malqabek şəhərində Ulu öndərimiz Heydər Əliyevin anım günü

  • + A
  • - A
  • 16-12-2023, 21:29

    İnquşetiya Respublikasının Malqabek şəhərində Ulu öndərimiz Heydər Əliyevin anım günü

    Heydər Əliyev – Azərbaycan tarixinin ayrılmaz hissəsinə çevrilmiş dünya şöhrətli siyasi xadim, üfüqdə parlayan bir günəş.
    Siyasətdə müdriklik, həyatda praqmatizm məktəbi, dövlət idarəçiliyində ustalıq — bu böyük siyasətin ana xəttini təşkil edir. Heydər Əliyev kimi şəxsiyyətlər tarixi yazan dahi siyasi liderlərdir. Azərbaycan siyasətçiləri içərisində heç kimə bu qədər siyasət Olimpinin zirvəsində qalmaq və Vətəninə, xalqına xidmət etmək nəsib olmayıb.
    İnquşetiya Respublikasının Malqabek şəhərində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə İnquşetiya Azərbaycanlıları Şuşa regional Milli-Mədəni Muxtariyyətinin fəxri prezidenti Rəhmətulla Babayev, diaspora üzvüləri ilə bərabər qonaqlar da iştirak edirdilər.
    Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Heydər Əliyev irsi milli sərvətimizdir.
    Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider in mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamışdır.
    Heydər Əliyev siyasi dühası siyasi və hakimiyyət böhranı, iqtisadi problemlər, xarici siyasətdə krizis hallarının aradan qaldırılmasında inkaredilməz faktdır. Azərbaycançılıq ideyasına sadiq olan, onu qoruyan və yorulmaz təbliğatçısı olan Heydər Əliyev ana dilimizin inkişafı, müstəqil dövlətçiliyimizin möhkəmlənməsi sahəsindəki düşünülmüş və məqsədyönlü tədbirləri xalqımızın dünya birliyində layiqli yerinin tutmasına, millətimizin millətlər içərisində liderə çevrilməsinə nail olmuş şəxsiyyətdir.

    İnquşetiya Azərbaycanlıları Şuşa regional
    Milli-Mədəni Muxtariyyəti


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR