AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətənin və xalqın tərəqqisinə həsr edilən şərəfli missiya - Deputat Nizami Səfərov

  • + A
  • - A
  • 17-12-2023, 23:53

    Vətənin və xalqın tərəqqisinə həsr edilən şərəfli missiya -


    Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Vətənin və xalqın tərəqqisinə həsr edilən
    şərəfli missiya

    Azərbaycanın ən yeni tarixində xilaskarlıq missiyasını şərəflə yerinə yetirən Ümummilli Lider Heydər Əliyev xalqımızın yetişdirdiyi global miqyaslı şəxsiyyət kimi yaddaşlarda qalmışdır. “Mənim üçün öz həyatimdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu abədi etməkdir” deyən Ulu Öndər bütün fəaliyyətini xalqın tərəqqisinə, milli dövlətçiliyin formalaşması və möhkəmlənməsinə həsr etmişdir.
    SSRİ-də əsas göstəricilərə görə axırıncı yerlərdə olan Azərbaycan Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbərlik etməyə başlayan vaxtdan surətli inkişaf dövrünə qədəm qoymuşdur. Qabaqcıl sənaye, kənd təsərrüfatı, sosial-mədəmi tərəqqi – bütün bunlar Heydər Əliyevin başçılığı altında qısa zaman kəsiyində əldə edilən nailiyyətlər idi. Bütövlükdə SSRİ miqyasında da nəhəng layihələrə imza atan, kurasiyasında 14 ümumittifaq nazirlikləri və 20 digər dövlət strukturu olan Heydər Əliyev Sovet İttifaqının inkişafında dərin izlər qoymuşdur. Ulu Öndərin idarəçilik potensialının miqyasından Baykal-Amur magistralının tikintisinə rəhbərlik etməsi əyani xəbər verir.
    SSRİ-nin dagılmasından sonra ən mürəkkəb vaxtda - 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərən Heydər Əliyev, 3 oktyabr 1993-cü ildə seçicilərin 98.84 faizının səsini toplayaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmişdir və bu tarixi hadisə xalqımızı qurtuluşa aparan yolun ilk addımı idi.
    Ümummilli Lider böyük təhlükələrdən, faciələrdən xalqı qoruyaraq, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
    Surətlə həyata keçirilən iqtisadi, hüquqi, sosial, humanitar islahatlar nəticəsində ölkəmiz regionun qüdrətli dövlətinə çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə müstəqil, milli maraqlara əsaslanan xarici siyasəti həyata keçirən Azərbaycan beynəlxalq müstəvidə də öz prinsipial yanaşması ilə fərqlənmişdir.
    Ulu Öndərin ən böyük xidmətləri sırasında Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bütün problemlərin yalnız Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları çərçıvəsində həll edilməsi xüsusi olaraq qeyd olunmalıdır.
    Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Mütəşəkkil siyasi sistemin, idarəçilik mədəniyyətin inkişaf etdirilməsi, siyasi-hüquqi islahatların həyata keçirilməsi, milli həmrəyliyi təmin edən ideologiyanın yaradılması ən böyük nailiyyətlər sırasında qeyd edilməlidir. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti də xüsusi vurğulanmalıdır.
    Ümummilli Liderin ən böyük xidmətlərindən birini də yeni Konstitusiyanın hazırlanması və qəbulu təşkil edir. “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” – bu tarixi sözlər Böyük Liderin uzaqgörənliyinin əyani sübutu idi.
    Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin siyasətini hazırda böyük uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz möhtəşəm uğurlara imza atır. Bu sırada Azərbaycanın ərazi bütövlüyünün və suvernliyinin tam bərpası ən əhəmiyyətli yeri tutur. Dövlətimizin beynəlxalq miqyasda layiqli yerinin tutması, regionda ən ciddi söz sahibi olması, Heydər Əliyevin dövlətçilik konsepsiyasının parlaq formada həyata keçirilməsinin təzahürləridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR