AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqının genişlənmə prosesindəki son irəliləyişlərin əhəmiyyəti müzakirə edilib - İtaliya Nazirlər Şurası

  • + A
  • - A
  • 18-12-2023, 08:43

    Avropa İttifaqının genişlənmə prosesindəki son irəliləyişlərin əhəmiyyəti müzakirə edilib -



    İtaliyanın Baş naziri Ciorcia Meloni, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Albaniyanın Baş naziri Edi Rama paytaxt Romada üçtərəfli görüş keçirib.

    Azadmedia.az
    xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, görüşdə Baş nazirlər Avropada qanunsuz miqrasiya məsələsini müzakirə ediblər. Liderlər qitədə qeyri-qanuni miqrasiyanın daha strukturlaşdırılmış şəkildə həll edilməsi ilə bağlı razılığa gəliblər. Həmçinin insan alverçiləri ilə mübarizə sahəsində üç ölkə arasında əməkdaşlığın daha da intensivləşdirilməsi barədə razılıq əldə olunub.

    Qeyd edək ki, görüşdə Avropa İttifaqının genişlənmə prosesindəki son irəliləyişlərin əhəmiyyəti, eləcə də Qərbi Balkan regionunda mütləq sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR