AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADA Universitetində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin və Ərəbşünaslıq Mərkəzinin dəstəyi ilə "Beynəlxalq Ərəb Dili Günü" qeyd edilib - FOTO

  • + A
  • - A
  • 18-12-2023, 12:47

    ADA Universitetində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin və Ərəbşünaslıq Mərkəzinin dəstəyi ilə "Beynəlxalq Ərəb Dili Günü" qeyd edilib -


    Bugün ADA Universitetində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin və Ərəbşünaslıq Mərkəzinin dəstəyi ilə "Beynəlxalq Ərəb Dili Günü" keçirilib.

    Azadmedia.az xəbər verir ki, tədbirdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

    Sonra Azərbaycanın və Səudiyyə Ərəbistanının Dövlət himnləri səsləndirilib.

    Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, bu ildən etibarən universitetdə ərəb dilində dərslərin tədrisinə başlanılıb. Bu dərslər həm tələbələr, həm diplomatlar üçün keçirilir. “Ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələr getdikcə genişlənir. Buna görə də bu sahəyə diqqəti artırırıq. Biz burada təkcə ərəb dilində dərslər keçmirik, ərəb mədəniyyətinə də önəm veririk”, - deyə o qeyd edib.

    Belə ki, millətvəkilləri Fatma Yıldırım və Ceyhun Məmmədov çıxışlarında diqqətə çatdırıblar ki, ərəb dövlətləri ilə əlaqələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə bu siyasəti Prezident İlham Əliyev uğurla inkişaf etdirir. Hazırda Azərbaycanın ərəb ölkələri ilə əməkdaşlığı bir çox sahədə aparır. İslam Əməkdaşlıq Təşkilatına üzvlük buna nümunədir. Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin inkişafında Prezident İlham Əliyevin şəxsi münasibətləri də mühüm rol oynayır. Bu gün bir sıra ərəb şirkətləri Azərbaycana investisiya qoyur. Ərəb dövlətləri, eyni zamanda, Qarabağa investisiya yatırırlar və haqlı savaşımızda bizə mənəvi dəstək oldular. Bu da dostluğumuza töhfədir. Ərəb dünyası ilə münasibətlərin gücləndirilməsi respublikamızda ərəb dilinə marağı daha da artırır.

    Daha sonra Ərəbşünaslıq Mərkəzinin hazırladığı videoçarx nümayiş etdirilib, bədii hissə təqdim olunub.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR