AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsındə mühüm rol oynayır

  • + A
  • - A
  • 18-12-2023, 13:01

    Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsındə mühüm rol oynayır

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında qeyd etmişdir ki, “Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir”.

    Mühüm məqamlar sırasında interkonnektorun fəaliyyətə başlamasının Avropanın enerji təhlükəsizliyinə önəmli tövhə verməsi xüsusi vurğulanmalıdır.

    Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanan Anlaşma Memorandumu icra edilir və 2027-ci ilə qədər Azərbaycandan Avropaya təbii qaz tədarükünün iki dəfə artırılması planlaşdırılır. Ölkəmizin bunun üçün hər cür imkanları mövcuddur.2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il 12 milyard kubmetrə çatacağı gözlənilir, bu isə Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
    Azərbaycanın enerji strategiyasının uğurla həyata keçirilməsi Avropanın və Asiya - Avrasiyanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirmişdir. Əhəmiyyətli fakt olaraq qeyd etmək lazımdır ki, Avropa Komissiyası ölkəmizi etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi qiymətləndirir.

    Bütün bunlar bir daha göstərir ki, ən çətin geosiyasi vəziyyətdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına əhəmiyyətli tövhələr verir,dostluq ənənələrinə həmişə sadiqdir və tərəfdaşlığı yüksək qiymətləndirir. Prezident İlham Əliyevin dediyi kimi, “Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR