AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan müdafiə nazirnin sabiq müavini vəfat etdi

  • + A
  • - A
  • 19-12-2023, 12:39

    Azərbaycan müdafiə nazirnin sabiq müavini vəfat etdi

    1995-1999-cu illərdə Azərbaycan müdafiə nazirnin siyasi və ictimai işlər üzrə müavini olmuş Mehman Səlimov vəfat edib.

    Bu barədə mərhum polkovnikin oğlu Fərhad Səlimov “Moderator”a bildirib.

    Mehman Səlimov bu gün səhər saatlarında Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya xəstəliyindən sonra ürək çatışmazlığından vəfat eedib.

    Mehman Əmirxan oğlu Səlimov 1955-ci il avqustun 12-də Gürcüstanın Dmanisi rayonunun Qızıl-Kilsə kəndində anadan olub.

    1974-78-ci illərdə isə Donetsk Ali Siyasi Hərbi Məktəbində ali təhsil alıb. Keçmiş SSRİ-nin müxtəlif hərbi hissələrində qulluq edib.

    1992-ci ildə Azərbaycan Silahlı Qüvvələri sırasına daxil olub. 1992-ci ilin 26 yanvarından sentyabr ayına qədər müdafiə nazirinin köməkçisi - Şəxsi Heyətlə İş İdarəsinin rəisi vəzifəsində xidmət edib. 15 sentyabr 1992-ci ildən 1993-cü ilin mart ayına qədər döyüş zonasına ezam olub və hərbi hissəyə komandanlıq edərək Ağdərə-Ağdam istiqamətində döyüş əməliyyatlarına rəhbərlik edib. 1993-cü ilin mart ayından 1993-cü ilin noyabr ayına qədər Prezident Aparatında hərbi quruculuq məsələləri üzrə şöbə müdirinin müavini vəzifəsində işləyib. 1994-cü ilin yanvar ayından 172 saylı hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin olunub, Füzuli-Kəlbəcər rayonları uğrunda döyüşlərdə iştirak edib.

    1995-ci il iyun ayında müdafiə nazirinin müavini, Hərbi-siyasi İdarənin rəisi təyin edilib. 1999-cu ilin iyul ayında həmin vəzifənin ixtisarı ilə əlaqədar Azərbaycan Ordusundan tərxis olunub.

    1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

    Qeyd edək ki, M.Səlimov vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 2016-cı ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ilmn mart ayında dövlət başçısının imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
     
    Allah rəhmət eləsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR