Birləşmiş Millətlər Təşkilatı Myanmada dövlət çevrilişindən sonrakı 3 il ərzində humanitar vəziyyətin mühüm dərəcədə pisləşdiyinə diqqət çəkib.
Azadmedia.az xəbər verir ki, BMT Myanma üçün 2024-cü il Humanitar Ehtiyaclar və Fəaliyyət Planını açıqlayıb.
Belə ki, Myanmada 18,6 milyon adamın humanitar yardıma ehtiyacı var ki, bu da cəmiyyətin üçdə birinə bərabərdir.
Həmçinin böhranın ən ağır yükünü uşaqlar çəkir. 6 milyon uşağın köməyə ehtiyacı var.
İqtisadi vəziyyət ailələrə ciddi maliyyə yükü yaradıb. Kənd təsərrüfatında yaşanan axsamalar və yüksək inflyasiya ilə əlaqədar ərzaq problem yaşanır, aclıq riskinin artıb.
Qeyd edək ki, Myanmada humanitar vəziyyət çox pisdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.