Qırğızıstan parlamentinin üzvləri Dövlət bayrağı üzərindəki təsvirin qismən dəyişdirilməsi təklifini dəstəkləyib. Azadmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
Belə ki, dövlət bayrağının təsvirinin dəyişdirilməsinin lehinə 59, əleyhinə isə 5 deputat səs verib. Daha əvvəl qanun layihəsi Qırğızıstan parlamentinin müvafiq komitəsi tərəfindən dəstəklənib.
Qeyd edək ki, bu ilin payızında Qırğızıstan Dövlət bayrağının təsvirinin dəyişdirilməsi təşəbbüsü ilə bu ölkənin parlamentinin sədri Nurlanbek Şakiyev çıxış edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.