Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocavənd rayonunun Şıx Dursun kəndində olublar. Dövlətimizin başçısı və birinci xanım kənddəki “Çinar ziyarətgahı” abidə kompleksi ilə tanış oldular.
Qeyd edək ki, Qırmızı Bazar kəndinin inzibati ərazi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.
Kənddəki 2500 il yaşı olan çinar təkcə Azərbaycanda deyil, dünyanın ən qədim ağaclarından biri hesab olunur. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yanında köklərini su ilə qidalandıran Tenqri bulağı var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.