AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistan Rusiya tankerlərini qəbul etməyi dayandırıb - KİV

  • + A
  • - A
  • 22-12-2023, 08:36


    Hindistan Rusiya tankerlərini qəbul etməyi dayandırıb -


    Hindistanın Rusiyanın neft daşıyan tankerlərini ölkəyə buraxmamasının səbəbi məlum olub.
    Azadmedia.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc edib.

    Bildirilib ki, ABŞ-ın Putinin “kölgə donanmasına” hücum kampaniyasına başlamasından sonra Hindistan Rusiya tankerlərini qəbul etməyi dayandırıb.

    "Gəmiləri nəyin saxladığı dəqiq bəlli deyil, lakin bu, ABŞ-ın Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyaları ola bilər", - nəşr bildirib.

    Belə ki, oktyabrın ortalarında ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin ticarəti ilə bağlı gəmilərə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bu müddət ərzində sanksiyaya məruz qalan səkkiz gəmidən altısı Rusiyanın dövlət tanker şirkəti "PJSC Sovcomflot"a məxsusdur. Bu tankerlərdən biri - "NS Century" Hindistanın Vadinar limanına neft çatdırmalı idi, lakin indi bir aydan çoxdur ki, Şri-Lankanın cənubunda okeanda gözləyir.

    Qeyd edək ki, Rusiya neftini daşıyan altı tanker artıq bir müddətdir ki, naməlum səbəbdən Hindistan sahillərində dayanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR