"Rosatom" Qazaxıstanda atom elektrik stansiyasını tikməyə hazırdır. Azadmedia.az xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin "İzvestiya" qəzetinə müsahibəsində deyib.
Belə ki, "Sülh məqsədli nüvə enerjisi sahəsində Rusiya-Qazaxıstan əməkdaşlığı genişlənir. Atom elektrik stansiyasının tikintisi ilə bağlı ümumxalq səsverməsi zamanı müsbət qərar qəbul olunarsa, "Rosatom" bu mühüm layihəni rahat şəraitdə həyata keçirməyə hazırdır", - deyə səfir vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.