ABŞ iki il əvvəl Səudiyyə Ərəbistanına hücum silahlarının tədarükünə qoyulmuş məhdudiyyətləri yumşaltmağı planlaşdırır.
Azadmedia.az xəbər verir ki, bu barədə “Nyu York Times” mənbəyə istinadla məlumat yayıb.
Belə ki, mənbənin məlumatına görə, ABŞ-ın belə bir addımına səbəb Səudiyyə Ərəbistanının husilərlə danışıqlar aparmasıdır.
Qeyd olunub ki, silah tədarükünə qoyulan məhdudiyyətlərin yumşaldılması müddəti hələ müəyyən edilməyib, üstəlik, Bayden də fikrini dəyişə bilər. Konqresin bəzi nümayəndələri də belə bir addımın əleyhinədir.
Qeyd edək ki, ABŞ Qırmızı dənizdə ticarət gəmilərinin husilərin hücumundan qorunması məqsədilə koalisiya yaradıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.