Avropa İttifaqı Fələstin dövlətinə maliyyə yardımı edəcək.
Azadmedia.az "France24"ə istinadən xəbər verir ki, Avropa Komissiyası İordan çayının qərb sahilini idarə edən Fələstin dövlətinə dəstək üçün 118 milyon avro (130 milyon dollar) yardım paketi qəbul etdiyini bildirib.
Belə ki komissiya bu yardımın İordan çayının qərb sahilindəki məmurların maaş və təqaüdlərinin, ehtiyacı olan ailələrə sosial müavinətlərin və Şərqi Qüds xəstəxanalarına tibbi ehtiyaclarının ödənilməsinə ayrılacağını bildirib.
Qeyd olunub ki, bu maliyyə yardımı Qəzza üçün ayrılmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.