Qubanın mərkəzindən təxminən 50 kilometr məsafədə yerləşən Xırt kənd ibtidai məktəbində cəmi bir şagird təhsil alır.
Məktəbin yeganə şagirdi olan Nəzrin Süleymanova üçüncü sinifdə oxuyur.
Onun sözlərinə görə, məktəbdə başqa şagird olmadığı üçün tək gedib-gəlir. Dərslərinə gəlincə isə yaxşı oxuduğunu bildirib.
23 ildir sözügedən məktəbin tək müəllimi olan Arif Babayev hər il 17-18 şagirdinin olduğunu, getdikcə isə onların sayının azaldığını deyib:
“Keçən il dörd şagirdim var idi. Onlar da dördüncü sinifi bitirdikləri üçün başqa məktəbə gediblər.
Hələlik bir nəfər qalıb. Mən də təkəm, 23 ildir həm rəhbər, həm də müəllim kimi bu məktəbdə işləyirəm”.
Ətraflı Baku TV-nin süjetində:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.