HƏMAS qruplaşması Fələstində yaşayan xristianların Milad bayramını təntənəli qeyd edilməməsi yönündə qərarını alqışlayıb. Azadmedia.az xəbər verir ki, bununla bağlı HƏMAS-ın Teleqram səhifəsində paylaşım edilib.
Belə ki, “Bu ilki bayramı sadəcə dini rituallarla məhdudlaşdırıb, sionistlərin hücumuna məruz qalan Qəzza xalqının yanında olan fələstinli xristianların qürurlu davranışını təqdir edirik. Xristianların Milad bayramı ilə bağlı verdiyi qərar Fələstin xalqının müsəlman-xristian olaraq milli dəyərlərini, torpağını qorumaqda vahid və qətiyyətli olduğunu ortaya qoyur”, - deyə bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.