Bu gün saat 18:45-də Bakı Dəmiryolu vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qalıb.
Hadisəyə səbəb elektrik enerjisi kəsintisidir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova faktı Report-a təsdiq edib.
Onun sözlərinə görə, elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb: “Hazırda aidiyyatı qurumun və ADY-nin əməkdaşları ərazidədir. Qısa zamanda elektrik enerjisi verilişi bərpa ediləcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.