Qazaxıstan Rusiya-Qazaxıstan-İran marşrutu üzrə fiber-optik rabitə xətti çəkməyi təklif edib.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
Belə ki, “Qazaxıstan informasiya texnologiyaları sahəsində əməkdaşlığın hərtərəfli inkişafından yanadır. Bu müstəvidə Rusiya-Qazaxıstan-İran marşrutu üzərindən Hind okeanının sahili boyu keçən mövcud beynəlxalq xətlərə qoşulmaq üçün fiber-optik rabitə xəttinin çəkilməsi imkanlarını nəzərdən keçirməyi təklif edirəm”, – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, onun sözlərinə görə, bu, Avrasiya məkanında tranzit daşımaları üçün alternativ marşrut yaratmağa imkan verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.