İsrail nümayəndə heyəti HAMAS-la danışıqlar aparmaq üçün Misirə gedib. Azadmedia.az xəbər verir ki, bu barədə “The New Arab” nəşri mənbələrinə istinadən yazıb.
Belə ki, nəşrin sözlərinə görə, israillilər atəşkəs və girovların mübadiləsi razılaşması ilə bağlı HAMAS-ın mövqeyini öyrənmək istəyirlər.
Əlavə olunub ki, hazırda Qəzza zolağında atəşkəs elan olunması ilə bağlı məsələ dondurulub. Misirdə keçiriləcək görüşlərdən sonra İsrailin yeni mövqe ehtiva edə biləcək cavabı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.