İsrail Müdafiə Qüvvələri müxtəlif fövqəladə hallar üçün planları təsdiqləyib və Livanla sərhəd bölgəsində çox yüksək hazırlıq vəziyyətindədir. Azadmedia.az xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.
Belə ki, “Bu gün biz müxtəlif gözlənilməz hadisələrlə bağlı planları təsdiq etdik və lazım gələrsə, zərbə endirməyə hazır olmalıyıq. Müdafiə Qüvvələri və onun şimal komandanlığı çox yüksək hazırlıq vəziyyətindədir”, - deyə Halevi vurğulayıb.
Qeyd edək ki, indiyədək Livanla sərhəd bölgəsində hazırlığın düzgün və hərtərəfli aparıldığını diqqətə çatdıran Herzi Halevi bu işin eyni templə davam etdirilməli olduğunu qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.