Dekabr bitməyib, amma Mərkəzi Bankın hərracları vasitəsilə 603.8 milyon dollar satılıb.
Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Deputat aylar üzrə ölkədə satılan dolların məbləğlərinə diqqət çəkib:
“Digər aylar üzrə rəqəmlər belədir: noyabr ayı- 234.7 milyon dollar; oktyabr- 202.6 milyon dollar; sentyabr- 164.5 milyon dollar; avqust- 93.9 milyon dollar; iyul- 272,7 milyon dollar; iyun- 78,9 milyon dollar; may- 277,2 milyon dollar; aprel- 286 milyon dollar; mart-383,9 milyon dollar; fevral- 356,6 milyon dollar və yanvar- 188,5 milyon dollar. 2023-cü ilin geridə qalan dövründə isə Mərkəzi Bankın hərraclarında bütövlükdə 3 milyard 143 milyon dollarlıq sifariş yaranıb.
Göründüyü kimi, mövsümü və digər səbəblərdən bir sıra aylar, xüsusən də dekabr ayında dollara tələbin artması müşahidə edilməkdədir. Qeyd edək ki, Azərbaycan idxalının artması da dollar tələb formalaşdırmaqdadır. Bu ilin ilk 10 ayında 14 milyard 174 milyon dollar idxal qeydə alınıb. Deməli, idxaldakı artımlar da dollara alışını artırır”.
“Deməli, Azərbaycan üzən məzənnə rejiminə keçməsə belə dollara tələbin artması müşahidə olunmaqdadır. Məhz bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir”, - ekspert bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.