Qazaxıstanın Taliban hərəkatını respublikada qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarı Əfqanıstanı beynəlxalq təcriddən çıxarmağa və ölkədə vəziyyətin sabitləşməsinə kömək edəcək.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Belə ki, “Ümid edirik ki, Astananın bu qərarı Əfqanıstan hakimiyyəti ilə dialoqun inkişafına müsbət təsir göstərəcək və regional təhlükəsizliyin qorunması, terrorizm, eləcə də narkotik cinayətlərinə qarşı mübarizədə birgə səylər də daxil olmaqla, qarşılıqlı etimadı gücləndirəcək”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.