Fransada əcnəbi imamlar 2024-cü il aprelin 1-dən öz səlahiyyətləri çərçivəsində işləyə bilməyəcəklər.
Azadmedia.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin deyib.
Belə ki, “2024-cü il aprelin 1-dən sonra ölkədə olan əcnəbi imamlar bu statusda işlərini davam etdirə bilməyəcəklər”, - deyə nazir bildirib.
Qeyd olunur ki, yeni ilin yanvarın 1-dən Fransa yeni əcnəbi imamları qəbul etməyəcək, aprelin 1-dən isə ölkədə yerləşən bütün əcnəbi imamların bu statusda fəaliyyəti qanunla qadağan ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.