İlk türkiyəli kosmonavt Alper Gezeravcının uçuşu yanvarın 17-nə təxirə salınıb.
Azadmedia.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fateh Kacır deyib.
Belə ki, "Uçuş 17 yanvar 2024-cü ildə baş tutacaq. Əvvəllər bunun yanvarın 9-na planlaşdırıldığını bildirmişdik. Lakin "Speys X"in uçuşumuzdan əvvəl planlaşdırdığı buraxılışı daha gec həyata keçirəcəyinə görə, astronavtımızın yola düşmə tarixi 7-8 gün ertələnir", - deyə nazir bildirib.
Nazir qeyd edib ki, missiya zamanı bir sıra elmi təcrübələrin və müşahidələrin aparılması planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.