Rusiya Prezidenti Vladimir Putinin 2023-cü ildə imzaladığı hər ikinci fərman məxfi olub.
Bu barədə “Mediazona” nəşri məlumat yayıb.
Nəşr hüquqi aktların rəsmi internet saytındakı məlumatlara əsaslanaraq hesablayıb ki, Putinin 2023-cü ildə məxfi fərmanlarının payı ümumi fərmanların 49,5%-ni təşkil edib.
Bildirilib ki, ilk dəfə 2001-ci ildə İkinci Çeçenistan müharibəsi zamanı məxfi fərmanların sayı 47%-ə çatıb. Sonrakı illərdə ən yüksək rəqəm isə 2022-ci ildə - Ukraynada savaşın başladığı il olub – 45%.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.