İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır.
Azadmedia.az xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Asem Cihad bildirib.
Belə ki, “2024-cü ildə İraq daha çox yerli istehsala əsaslanacaq və bir sıra neft emalı zavodları istehsala başladıqdan sonra idxalda azalma olacaq”, - deyə nümayəndə bildirib.
Qeyd edək ki, İraq yerli bazar çatışmazlığını doldurmaq üçün bəzi neft məhsulları idxal edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.