AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət Nazirliyi jurnalistləri çətin duruma saldı

  • + A
  • - A
  • 7-01-2024, 14:10

    Mədəniyyət Nazirliyi jurnalistləri çətin duruma saldı

    Dünən axşam ildırım sürətilə xalqın sevimlisi olsa da, cavabdehlərin qılıncının altından keçə bilməyib tamaşaçılarının görüşünə həmişə əməkdar artist kimi gələn Aygün Bəylərin ölüm xəbəri yayıldı. Xəbəri ilk olaraq hökumətyönlü xəbər saytları verdi. Təbii ki, onlar bunu özbaşına yaza bilməzdi. Mütləq Mədəniyyət Nazirliyindən fakt təsdiqlənmişdi.
    Sonra nə baş verdi?
    Mədəniyyət Nazirliyi ölüm faktını təkzib etdi. Onun süni nəfəs aparatıyla 22.15-də Bakıya uçacağını bildirdilər. Aygün xanımın Hippokrat andının bütün dəyərlərinə tüpürən onkoloq həkimi dedi Aygün Türkiyəyə gəzməyə gedib, təzə danışdım, gəlsin, müalicəsini özüm edəcəm. Həkimi danışdıran müxbir ona sual vermədi ki, süni nəfəs aparatında Aygün səninlə necə danışdı? Son zamanlar korlanmış imicinə əlac axtaran TƏBİB də bir tərəfdən açıqlama yaydı ki, bütün tibbi avadanlıqla təchiz olunmuş Təcili Tibbi Yardım maşını hazır vəziyyətdə Aygün Bəylərin təyyarədən enişini gözləyir.
    Hər üçü bu absurd açıqlamaları verəndə qara ciyəri 1 gün əvvəl faəliyyətini dayandırmış, komaya düşən əməkdar artistimiz ruhunu çoxdan Yaradana təslim etmişdi.
    Nə baş verdi? Mediaya, jurnalistlərə kin qusmalar...
    İşləri düşəndə yumağa dönüb mediaya yalvaranlar, mediada illərlə çalışsalar da, heç bir uğuru olmayanlar da qoşuldular kinqusma əməliyyatına. Bu proses 2 saat çəkdi və.... Mədəniyyət Nazirliyi yenidən ölüm faktını təsdiqlədi.
    Məqsəd nə idi? Jurnalistləri haqsız çıxarmaq? Onların etibarını yerlə bir etmək? Mədəniyyət Nazirliyinin rəsmiləri, cavabdehləri sutka ərzində jurnalistlərə yazılanları görür. Niyə çıxıb səhvini etiraf etmir? Niyə görə jurnalistlər günah keçisi kimi hədəfə alınıb? Niyə yalan açıqlamalar verənlər məsuliyyətdən kənar qaldı? Niyə? Niyələr çoxdur. Yaxşısı budur, Mədəniyyət Nazirliyi paxmeldən ayılıb niyələrə aydınlıq gətirsin. Jurnalistlərin onları silkələyərək ayıldıb - Niyə? - soruşmaları yaxşı nəticələnməz.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR