AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakının şəhər ərazisi üçün qısamüddətli tədbirlərin görülməsi təklif olunur - KİV

  • + A
  • - A
  • 8-01-2024, 08:09

    Bakının şəhər ərazisi üçün qısamüddətli tədbirlərin görülməsi təklif olunur -


    Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək.

    Azadmedia.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Qeyd olunub ki, Bakının şəhər ərazisi üçün aşağıdakı qısamüddətli tədbirlərin görülməsi təklif olunur:

    • Mərkəzi park üçün susaxlayıcı sistemin qurulması. İntensiv yağıntılar zamanı yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarın inşası və güclü yağıntılar zamanı suyun park ərazisində saxlanılması;

    • Qış Parkı. Yeraltı dayanacaqda yeraltı anbarın inşası;

    • Atatürk Parkı. Güclü yağış hadisələri üçün parkda sututucu qurğuların quraşdırılması;

    • Xətai prospekti. Suburaxma gücünün artırılması üçün su novlarının quraşdırılması;

    • Neftçilər prospekti. Neftçilər prospektinin alçaq sahələrində, bulvarda drenajların qurulması, Xəzər dənizinə axıtma məntəqələrinin inşası;

    • Kommersiya rayonu. Tamamilə ayrı yağış kanalizasiya sisteminin qurulması və bu sistemə kanalizasiya xətlərinin birləşdirilməsinin qarşısının alınması.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR