Bu gün bütün dünya problemlərlə, çağırışlarla üz-üzə dayanıb. Dünyanın müxtəlif bölgələrində, xüsusən də bizim bölgəmizdə sülh yoxdur.
Belə ki, bu fikirlər Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliyanın Milad Bayramı ilə əlaqədar müraciətində əksini tapıb.
Patriarx deyib: “Dünyanın müxtəlif bölgələrində, xüsusən də bizim regionda sülh yoxdur. Ona görə də hamımız bunu dəyərləndirməli, qayğıkeş olmalıyıq. Sülh və əmin-amanlıq üçün hər gün çalışmalıyıq ki, bizim qəlbimizdə, ailələrimizdə və vətənimizdə sülh və əmin-amanlıq olsun”.Azərtac
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.