Şahin MƏMMƏDOV,
Şimali Osetiya – Alaniya Respublikası
“Azərbaycanlılar Konqresinin” fəxri prezidentiVladiqafqaz şəhərində Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresi” 07 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar Prezident seçkilərində regionda yaşan, səsvermə hüququ olan vətəndaşların Konstitusion hüquqlarını yerinə yetirilməsi üçün əlaqədar qurumlara dəstək göstərmək, Yeni Azərbaycan Partiyasının namizədi, möhtərəm prezidentimiz, müzəffər Ali Baş komandan, xalqın Milli qəhrəmanı İlham Əliyevin namizədliyini dəstəkləmək məqsədli tədbir keçirdi. Konqresin fəxri prezidenti Şahin Məmmədov tədbiri giriş sözü ilə açıb, 2023-cü ildə görülmüş işlər və prezident seçkisi ilə bağlı görüləcək işlər barədə məlumat verdi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.
Tarix təkrar olur. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
Dünya və Azərbaycan tarixinə adı böyük xilaskar kimi düşən Heydər Əliyevin azərbaycan xalqına ən böyük ərməğnı müasir Azərbaycanla yanaşı, öz düşmənlərinə, rəqiblərinə həm cəbhədə, həm də diplomatik masada siyasi elmi, təfəkkürü, səbri ilə qalib gələn İlham Əliyevdir...
07 fevral 2024-cü il tarixdə “Azərbaycanlılar Konqresi”nin yeganə və tək namizədi İLHAM ƏLİYEVDİR. Biz O Şəxsə səs verəcəyik ki:
1.Biz O Şəxsə səs verəcəyik ki, yüz illər boyunca heç kim etmədiyini O etdi.
2. Biz O Şəxsə səs verəcəyik ki, alnımızdaki ləkəni O götürdü.
3. Biz O Şəxsə səs verəcəyik ki, O dəmir yumruğa sahibdir və bizim ona minnət borcumuz var.
4. Biz O Şəxsə səs verəcəyik ki, 20 il əvvəl dediyi sözləri dəfələrlə təkrar edərək Qələbə Marşı çaldırmağa nail oldu.
5. Biz O Şəxsə səs verəcəyik ki, Qarabağ Azərbaycandır dedi və Nidasını qoydu.
6. Biz O Şəxsə səs verəcəyik ki, Sözümüz İmzamızdır deyib İmzasını atmağı bacardı.
7. Biz O Şəxsə səs verəcəyik ki, verdiyi sözə əməl edərək Xocalı cəlladlarını Azərbaycan xalqı qarşısında baş əydirdi.